Qənirə Paşayeva: "Bu nə düşüncəsizlikdir.. Artıq yetər..."

Qənirə Paşayeva: "Bu nə düşüncəsizlikdir.. Artıq yetər..."

"Bu nə məsuliyyətsizlikdir.. Bu nə düşüncəsizlikdir.. Artıq yetər... Bu qəza ilə bağlı, onun baş verməsində günahkarlar, məsuliyyətsizlik edən insan və qurumlar hamısı ciddi şəkildə cəzalandırılmalıdır". SİA-nın xəbərinə görə, deputat Qənirə Paşayeva Bakının Qaradağ rayonunda sərnişin qatarı ilə avtobusun toqquşması nəticəsində baş verən qəzaya facebook sosial şəbəkəsində belə münasibət bildirib.

"6 nəfər ölüb, 41 nəfər yaralanıb. Əksəriyyəti gənc insanlardır. Sərnişin avtobusu ilə qatar niyə toqquşmalıdır axı..? Niyə təhlükəsizlik tədbirləri bu vəziyyətdə olub. Şahidlər deyiblər ki,Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı keçidə yaxınlaşdığı halda, yolu bağlamalı olan şlaqbaum bağlanmayıb. Yol açıq olduğu üçün avtobus yolu keçməyə cəhd edib. Niyə axı bağlanmayılb şlaqbaum? Sürücü ilə bağlı məsələni də ciddi araşdırmaq lazımdır. Onun sərnişin avtobusu idarə etməsi üçün nə qədər peşəkar olmasına... Sərnişin avtobusları idarə etməyə sürcülük vəsiqəsi olan hər kəsə həvalə etmək olmaz. Sürücülük vəsiqəsi hələ onun nə qədər peşəkar olmasının tam göstəricisi deyil. Əgər peşəkar deyilsə, ona bu marşurutu həvalə edən şirkətin özü də ondan çox məsuliyyət daşımalıdır. İnsanın ürəyi ağrıyır. Yazıq, günah deyilmi. 6 ailənin gözü yaşlı qaldı, onlarla gənc insan ciddi yaralıdır. Allahdan ölənlərə rəhmət, ailələrinə başsağlığı dilıəyirəm. Yaralı bacı-qardaşlarımıza acil şəfalar diləyirik. Səhiyyə nazirliyi yaralılara gərəkən bütün yardımların ediləcəyini və onların mualicəsi üçün nə lazımdırsa ediləcəyini deyir. İnşallah yaralılarımız qısa zamanda öz sağlıqlarına təkrar qovuşarlar", - deyə millət vəkili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə