"Bakıda 10 anbar kompleksi tikilir". Bunu, SİA-ya açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun söpzlərinə görə Qobuda, Zirədə, Pirallahıda su anbarlarının inşası davam edir. Həcminə görə ən böyük su anbarı isə Balaxanıda tikilir. Onun həcmi 80 min kub metr olacaq. Həmçinin, A.Cəbrayıllı: "Təxminən 150 km-dən artıq su magistral xətinin çəkiləcək, 62 kənd, qəsəbə və yaşayış massivlərində su şəbəkəsi qurulacaq, yeni konalzasiya sistemi tikiləcəyinik qeyd edib. Artıq layihələr hazırlanıb, işin icrası dvam etdirilir. 2013-cü ilə qədər işlərin yekunlaşması nəzərdə tutulub", - deyə əlavə edib.
Qurum rəsmisi dövlət başçısının 4 may 2011-ci il fərmanı üzrə "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin su təhcizatının inkişafına dair dövlət proqramı" çərçivəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə bir çox tapşırıqlar verdiyini bildirib. A.Cəbrayıllının sözlərinə görə, bu proqramda yeni su xətlərinin çəkilməsi, köhnə xətlərin dəyişdirilməsi, yeni su anbarlarının inşası, yeni su təmizləyici qurğunun tikintisi haqqında öhtəliklər da göstərilib. Proqramın tərkib hissəsi olaraq ötən ildən başlanaraq Ceyranbatanda saniyədə 6 kub metr məhsuldarlığı olan yeni su təmizləyici qurğunun inşasına başlanılıb. Ultara süzgəcli su təmizləyici qurğu ən son texnologiyalarla təhciz olunub, MDB məkanında bu sistemdən yalnız Rusiyada istifadə olunur. Qurğu 0,01 mikrondan böyük olan bütün mikrobları, virusları süzgəcdə tutub saxlayır. Qurğunun özəlliyi ondan ibarətdir ki su təmizləndikdən sonra artıq suya xlor əlavə edilmir.
Hövsan qəsəbəsinin su təhcizatınında artıq sona çatdığını qeyd edən qurum rəsmisi: "2012-ci ilin may ayından etibarən Hövsan qəsəbəsinə hər birinin uzunluğu 3 km-dən artıq olan 2 magistral su xətti çəkilib. Dəniz səviyyəsindən yüksəkliyi 70 km olan Dədə Qorqud qəsəbəsinə həcmi 20 min kub metrdən çox olan anbar kompleksi istismara verilib. Artıq Hövsan sakinləri bu yay 24 saat su ilə təhciz olunublar", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB