Əsgər yoldaşının güləsinə tuş gəldi

Əsgər yoldaşının güləsinə tuş gəldi

Cəbhə bölgəsində Azərbaycan Milli Ordusunun bir əsgəri dünyasını dəyişib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qoşunların təmas xəttinin Ağdam rayonu istiqamətində hərbi xidmətdə olan Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi Dadaşov Pərvin Ələstun oğlu əsgər yoldaşı tərəfindən güllələnib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ bilinmir. Bu istiqamətdə Hərbi Prokurorluqda araşdırma aparılır. Meyid tibbi müayinə üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Qeyd edək ki, Pərvin Dadaşov Quba rayon sakindir. Əsgərimizin hərbi xidməti başa vurmasına bir ay müddət qalmışdı.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə