Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 19-22, gündüz 25-29 dərəcə isti.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 18-23, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti.
Sinoptiklər hava şəraitinin qısa icmalını da açıqlayıblar. Sentyabrın 3-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB