Ermənilər atəşkəs rejimini pozublar

Ermənilər atəşkəs rejimini pozublar

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kurapatkino, Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında, Goranboy və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə