Dəmir Yolları İdarəsi açıqlama verdi

Dəmir Yolları İdarəsi açıqlama verdi

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində dəhşətli qəza baş verib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov SİA-ya açıqlamasında deyib ki, hadisənin baş verməsinə səbəb sürücü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanun"un 44-cü maddəsinin tələblərinin pozulması olub.

Belə ki, avqustun 31-də Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07:25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07-30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində avtobusun sərnişinlər arasında ölənlər və xəsarət alanlar var. Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat"ın tələblərinə uyğun olması müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə