Sərnişin avtobusu qatarla toqquşdu

Sərnişin avtobusu qatarla toqquşdu

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, saat 07:27 radələrində qeydə alınan yol qəzasında Lökbatan qəsəbəsi ərazisində 124 saylı sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə ölüm və xeyli insanın yaralanması ilə nəticələnib.

Qatar Bakıda Ağstafa rayonu istiqamətinə hərəkət edirkən dəmir yolu keçidində Lökbatan qəsəbəsindən şəhərə gələn 124 saylı avtobusu vurub. Qəza nəticəsidə 15 nəfərdən çox insan ölüb, çoxlu sayda insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə