Türkiyə prezidenti Corc Buşun kitabında nə axtarır?
Bu gün Türkiyə prezidenti Abdulla Gülün "Twitter"də birbaşa xəstəxanadan paylaşdığı şəkil ölkə mətbuatında səs-küy yaradıb. Prezidentin əlində tutduğu hesabat və oxuduğu kitabla bağlı maraqlı məqam üzə çıxıb. Belə ki, Suriya ilə bağlı hesabatın Baş Qərargahın hazırladığı hesabatlarla format olaraq oxşarlığı diqqət çəkib.
Gülün xəstəxanada oxuduğu Corc Buşun "Qərar Nöqtələri" ("Decision Points") kitabı daha diqqətçəkicidir. Buşun prezident seçildiyi andan vəzifəsindən getdiyi vaxta qədər hər şeyi qələmə aldığı kitab 2011-ci ildə satışa çıxarılıb. 11 sentyabr hücumları, İraq müharibəsinə başlarkən aldığı qərarlardan bəhs edən kitabın ilk səhifəsində Buş spirtli içkini necə tərgitdiyini danışır.
Kitabın əksər bölümündə Əfqanıstan müharibəsini sadə dildə və gündəlik qeydlər əsasında anladan Buşun İraqda savaş qərarı verdiyi günə dair qeydləri olduqca təəccüblüdür.
Buş kitabda İraqda hava əməliyyatı təlimatını verdiyi günlərə qədər aparılan diplomatik danışıqlardan, İngiltərə baş naziri Toni Bleyrlə görüşlərindən, eyni zamanda CİA-nın prezidenti Corc Tenetin Türkiyəni razıl salma mərhələsindən də bəhs edib.
Kitabın digər qismində Corc Buş İraq müharibəsinin necə davam etdiyini, ikinci dəfə necə seçildiyini və prezidentlik dönəminin son dövrlərini qələmə alıb.
Abdulllah Gülün bu kitab haqqında hansı fikirləri deyəcəyi isə maraqla
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB