Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Zirvə toplantısı zamanı İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və əməkdaşlıq üçün potensialın mövcudluğu vurğulanıb.
E.Məmmədyarov Azərbaycan vətəndaşları olan iki şair Şəhriyar Hacızadənin və Fərid Hüseynovun hələ də həbsdə olmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini İran rəsminin diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB