Gəncədə biznes forum keçirilib

İki ölkə arasında sayca üçüncü forumda Almaniya Federativ Respublikasının Reynland-Pflaz əyalətinin nümayəndə heyəti, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və iş adamları iştirak edib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunun potensialı barədə qonaqlara ətraflı məlumat verilib.

Məlum olub ki, almanları qərb bölgəsində əsasən kənd təsərrüfatı, tikinti sektoru, maşınqayırma sahəsi maraqlandırır. Tədirdə mövcud iqtisadi əlaqələr barədə geniş fikir mübadiləsi aparılıb, yeni layihələrin reallaşması baxımından forumun əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə