MQF İdarə Heyətinin yığıncağı keçirilib

MQF İdarə Heyətinin yığıncağı keçirilib

Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. MQF-dan SİA-ya verilən məlumata görə, yığıncaqda qeyd olunan məsələlər müzakirə olunub.

İlk olaraq 1 QHT ("Bəşəri Dəyərlər" İB) MQF-yə üzv kimi qəbul olunub. MQF İdarə Heyətində növbəti məsələ kimi MQF-nin VIII Qurultayının keçirilməsi olub. MQF-nin prezindenti Rauf Zeyni MQF VIII Qurultayının keçiriliməsi ilə əlaqədar hazırlıq işlərinin görülməsi, müvafiq sənədlərin hazırlanması və maliyyə vəsaiti almaq üçün məktubların yazılıb göndərilməsi barədə məlumat verib. O, həmçinin qeyd edib ki, maliyyə dəstəyi əldə olunan kimi MQF VIII Qurultayının keçirilmə vaxtı təyin oluna bilər.

Digər məsələ kimi MQF-nin vəziyyəti müzakirə olunub. Bu barədə məlumat verən MQF prezidenti Rauf Zeyni qeyd edib ki, 2 iyul 2012-ci ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun QHT-lərlə görüşü zamanı MQF ilə ayrıca bir görüşün keçirilməsi razılaşdırılıb. MQF-nin real vəziyyəti və onun inkişafı, problemləri və presspektivlərini özündə əks etdirən arayışın və dövlətə təqdim olunması üçün təkliflər paketinin hazırlanmasını nəzərə çatdırıb. Bununla əlaqədar MQF İdarə Heyətinin qurultaya hazırlıq, dövlət qurumları ilə müvafiq görüşlər və s. sənədlərin hazırlanması məqsədilə MQF idarə heyətinin işçi qrupu yaradılıb. A.Kərimov, Ə.Qəşəmoğlu, Y.Məmmədli, A.Əbilov, Ə.Qoşalı, İ.Rzazadə, İ.Əliyevadan ibarət MQF işçi qrupu yaradılıb və müvafiq sənədlər hazırlanıb.

Görüş zamanı MQF-nin Milli Fəaliyyət Planı haqqında qısa məlumat verilıb və idarə heyəti üzvlərinə bu proqrama müvafiq təkliflərin göndərilməsi xahiş olunub.

Sonda cari məsələlər də müzakirə olunub. Cari məsələlərdə MQF səyyar müşavirəsinin keçirilməsi, MQF-nin fəaliyyətinin gücləndirilməsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ilə MQF İdarə Heyəti üzvlərinin görüşünün keçirilməsi və vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə əlaqədar bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, hazırda 583 təşkilat MQF-nin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə