Son tamamlanma işləri görülür

Son tamamlanma işləri görülür

Saatlı rayonunda tikilməkdə olan sosial obyektlərdə son tamamlanma işləri görülür. SİA-nın Aran bürosunun verdiyi məlumat görə, Saatlı rayonuna xüsusi görkəm gətirən həmin tikililər müasir memarlıq üslubunda yenidən tikilir.

Hazırda Heydər Əliyev Mərkəzinin binasında, 2 mərtəbəli 2520 kv/m ölçüdən ibarət olan Gənclər Mərkəzinin binasında, 1020 kv/m ölçüdə Tarix Diyarşunaslıq və Rəsim Qalireyasının 2 mərtəbəli binasında, 2 mərtəbəli 17 qurup üçün nəzərdə tutulan 9 otaqdan ibarət geniş, müasir tərtibatda yeni Şahmat Məktəbinin binasında həmçinin YAP-ın Saatlı rayon təşkilatının inzibati binasınında tikinti işləri başa çatdırılıb və son tamamlanma işləri həyata keçirilir.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən ayrılan vəsait hesabına əsaslı yenidən təmir edilən Saatlı rayon Mərkəzi Xəstəxanasının 126 çarpayılıq korpusunda da son tamamlanma işləri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilib. Saatlı İcra Hakimiyyətindən verilən məlumata görə, bu gün Saatlıda görülən abadlıq, quruculuq, tikinti işləri Prezident İlham Əliyevin sərəncamı əsasında ayrılan vəsait hesabına həyata keçirilir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə