Xəbər verdiyimiz kimi, gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində 25-31 avqust tarixlərində Misirin Ayn-Şəms Universitetinin Ədəbiyyat və Dillər fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi Azərbaycanda səfərdədir. Səfər edən tələbələr yay semestrində nəticə göstərən 3-cü və 4-cü kurs tələbələridir. Hazırda Ayn-Şəms Universitetində 140-dan artıq tələbə Azərbaycan dilini öyrənir.
Səfər çərçivəsində Misirli tələbələr üçün Azərbaycan Gənclər Fondunun təqdimatı keçirilib. Təqdimatda Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov qurum yaranma tarixi, sistemi, həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. Bundan əalvə, O.Ərəbov misirli tələbələrin diqqətinə Fonda müraciət etmə, layihələrin hazırlanma qaydaları haqqında ətraflı məlumatı çatdırıb, xarici tələbələrə Azərbaycan haqqında tədqiqat işləri aparmaları üçün fonda müraciət etmələrini tövsiyə edib və fondun rəsmi saytı haqqında söhbət açıb.
Fondun təqdimatından sonra qonaqların gənclər və idman nazirinin müvaini İntiqam Babayevlə görüşüblər. Nazir müavini azərbaycanda gənclərin inkişafına, onların beynəlxalq əlaqələrinin artırılmasına xüsusi diqqət verildiyini deyib. Onun sözlərinə görə, ildə bir neçə dəfə müxtəlif ölkələrin gəncləri Bakıya gəlir və ya əksinə olaraq azərbaycanlı gənclər dünyanın bir çox ölkələrinə gedərək qarşılıqlı fikir mübadiləsi aparırlar. 2010-cu ildə Gənclər və İdman Nazirliyinin və Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Misirdə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" Esse müsabiqəsinin nəticəsi olaraq Misirli tələbələrin Azərbaycanın mədəniyyətinə, dilinə və tarixinə maraqları daha da artıb.
Daha sonra isə misirli tələbələ və gəncləri maraqlandıran suallar cavablandırılıb, görüş diskussiya şəklində davam edib.
Qeyd edək ki, Səfər çərçivəsində tələbələr Azərbaycanın mədəniyyəti, elmi, tarixi ilə daha da yaxından tanış olub, Qobustana və Şəki şəhərinə getmiş, bir sıra ali təhsil müəssisələrində olub. Misirli tələbələrin Azərbaycana səfər 31 avqust tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB