BQXK: "4600 nəfərin taleyinə hələ də aydınlıq gətirilməyib"

BQXK: "4600 nəfərin taleyinə hələ də aydınlıq gətirilməyib"

Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələri hakimiyyət orqanlarının, Qeyri-hökumət təşkilatlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə birgə Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü (30 avqust) yad etmək üçün Bakı və Bərdə şəhərlərində toplaşıblar. SİA-nın xəbərinə görə, BQXK-nın psixososial dəstək proqramının rəhbəri Bhava Pudyal deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün tərəflərdən 4600 nəfərdən çox itkin düşmüş şəxsin taleyinə hələ də aydınlıq gətirilməyib. Onun sözlərinə görə, əzizlərinin başına nə gəldiyini bilməmək həmin ailələri daima tərəddüd və qeyri-müəyyənlik vəziyyətində saxlayır: "Ümid və ümidsizlik içərisində yaşamaq insanları zəiflədir. Bu vəziyyətin döğurduğu psixososial çətinliklər insanların sağlamlığına, eləcə də onların social və iqtisadi həyatlarına mənfi təsir göstərir".

Neytral vasitəçi kimi çıxış edən BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində kömək edir. Bundan əlavə, təşkilat ailələrə dəstək vermək və onların ehtiyaclarının qarşılandığınaödənildiyinə əmin olmaq üçün səy göstərir. "BQXK tərəfindən treninq keçirilmiş itkin düşmüş şəxslərin ailə üzvləri onlarla eyni taleyi yaşayan digər ailələrə düşdükləri qeyri-müəyyən vəziyyətlə mübarizə aparmaq və müxtəlif ehtiyaclarını ödəmək üçün dəstək verirlər. Ailələr hakimiyyət orqanları, müvafiq qeyri-hökumət təşkilatları, xəstəxanalar, hüquqşünaslar və digərlərinin köməyinə ehtiyac duyanda, həmin şəxslər yerli psixoloqlarla birgə onları müşaiyət edir və lazımi dəstək kömək göstərirlər. "Ailələrə kömək göstərilməsi bizim bu regiondakı humanitar işimizin əsas prioritetlərindən biridir", – B.Pudyal deyib.

BQXK bütün dünyada ümidsizlik içərisində öz itkin düşmüş qohumlarını axtaran ailələrə kömək göstərməkdə davam edir. BQXK beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin və onların ailələrinin çəkdikləri əzaba son qoyulması ilə bağlı öz öhdəliklərinə əməl etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə