"Gənc ailələrin sosial inkişafında müəyyən qədər irəliləyiş olacaq" AÇIQLAMA

"Gənc ailələrin sosial inkişafında müəyyən qədər irəliləyiş olacaq" AÇIQLAMA

Bir müddətdir ki, gənc ailələrin sosial vəziyyətinin yüksəlməsinə yönələn qanunun, normativ sənədin işlənməsinin zəruri olması ilə bağlı Milli Məclisin Sosial Siyasət Komitəsi ilə Gənclər və İdman Nazirliyi arasında müəyyən fikir mübadiləsi aparılır. SİA-nın xəbərinə görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib ki, hazırda Milli Məclisin müvafiq komitəsi tərəfindən işçi sənəd formalaşdırılıb. Amma hələki bu sənədin geniş müzakirəsinin təşkil edilmədiyini deyən nazir müavini vurğulayıb ki, gənclərlə bağlı hər hansı bir sənəd və ya qanun layihəsi hazırlanarkən gənclərin iştirakı ilə geniş ictimai müzakirədən keçir.

"Gənclərin fikirləri, təklifləri müzakirə olunur, ondan sonra nazirlik bilavasitə dövlət qurumu olaraq öz rəyini və təkliflərini formalaşdırır. Növbəti mərhələdə isə qnaun layihəsi müvafiq qaydada parlamentin müzakirəsinə çıxarılır. Amma hər halda hər hansı bir qanunun qəbul edilməsi xeyli vaxt və prosedur tələb edən bir işdir. İnanırırq ki, bu qanun qəbul edildikdən sonra gənc ailələrin sosial inkişafında müəyyən qədər irəliləyiş olacaq", – deyə İ.Babayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə