Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər sentyabrın 11-də reallaşacaq. Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.
Toplantıya Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.
Ərdoğan Bakıda azərbaycanlı rəsmilərlə görüşlər keçirəcək. Azərbaycandan sonra baş nazir Ukrayna, Krım, Bosniya-Hersoqovinaya gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB