Azərbaycanda hava şəraiti dəyişir

Azərbaycanda hava şəraiti dəyişir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq. Havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalı: Avqustun 30-31-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə