rn Dünən axşam saat 18:00-dan başlayaraq Bakı-Sumqayıt yolunda avtomobillərin sıxlığı müşahidə olunub. Sıxlıq əsasən magistral yolun Bakıdan Sumqayıt istiqamətinə olan hissəsində qeyd alınıb. Yol polisinin məlumatına görə, sözügedən magistralda demək olar ki, hər gün səhər və axşam avtomobil sıxlığı müşahidə olunur. Bu sıxlığı isə səhər saatlarında paytaxta daxil olan avtomobillər, axşam saatlarında isə paytaxtdan çıxan avtomobillər yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB