Misirli tələbələr Azərbaycanı öyrənir

Misirli tələbələr Azərbaycanı öyrənir

Gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində 25-31 avqust tarixlərində Misirin Ayn-Şəms Universitetinin Ədəbiyyat və Dillər fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi Azərbaycanda səfərdə olacaqlar. SİA-nın xəbərinə görə, səfər edən tələbələr yay semestrində nəticə göstərən 3-cü və 4-cü kurs tələbələridir. Hazırda Ayn-Şəms Universitetində 140-dan artıq tələbə Azərbaycan dilini öyrənir.

Səfər çərçivəsində tələbələr Azərbaycanın mədəniyyəti, elmi, tarixi ilə daha da yaxından tanış olacaq, Qobustana və Şəki şəhərinə gedəcək, bir sıra ali təhsil müəssisələrində olacaq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini cənab İntiqam

Babayev tərəfindən qəbul ediləcəklər. 2010-cu ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Misirdə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" Esse müsabiqəsinin nəticəsi olaraq Misirli tələbələrin Azərbaycanın mədəniyyətinə, dilinə və tarixinə maraqları daha da artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə