Bakı Metropoliteni sentyabrın 17-dən etibarən yeni sistemə keçəcək. Metropolitenin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin tarixdən etibarən qatarların hərəkətinin qış qrafikinə keçəcək. Əgər hazırda metroda qatarlar arasındakı interval 2,5 dəqiqədirsə, qış qrafikinə keçidlə əlaqədar bu say azaldılacaq. Buna görə də metroda hərəkət edən qatarların sayı daha da artırılacaq.
Yeni qrafikə keçid yeni iş mövsümünün və sentyabrın 15-dən Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədardır. Belə ki, tədris ilinin başlanması ilə əlaqədar metroda sərnişin axınında artım müşahidə olunduğundan bu dövrdə yeni hərəkət qrafikinə keçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB