“Gənclər Evi” harada tikiləcək?

Sumqayıtda "Gənclər Evi" nin tikiləcəyi yer artıq müəyyən olunub. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən (SŞGİBİ) SİA-ya verilən məlumata görə, "Gənclər Evi" 5-ci mikrorayonda yerləşən 1 saylı Uşaq -Gənclər Məktəbinin ətrafında, əvvəllər idman meydançası olan ərazidə tikiləcək. Tikinti işlərinin aparılması üçün artıq layihələndirilmə prosesinə start verilib və yaxın zamanlarda yekunlaşacağı gözlənilir. İdarədən bunun üçün 2600 kvadratmetr yerin ayrıldığı bildirilib.

Qeyd olunub ki, burada həmçinin "Gənclər Evi" ndə gənclərin istirahətinin və asudə vaxtlarının səmərəli təşkil edilməsi, intellekt və bacarıqlarının artırılması üçün bütün imkanlar yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə