Monitorinq dəhşətli faktları üzə çıxardı

Monitorinq dəhşətli faktları üzə çıxardı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron çimərliklərində aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb. RGEM-dən SİA-ya verilən xəbərə görə, bəzi ərazilərdə keyfiyyət göstəricilərinin normadan, bəzilərinin isə normadan artıq olduğu aşkarlanıb. Qaradağ və Səbail rayonu ərazisində yerləşən "Sahil" və "Şıx" çimərliklərində çimmək qadağası yenə də qüvvəsində qalıb. Bakterioloji çirklənmə olduğu bu ərazilərdə böyük həcmlə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır. Analizlərin nəticəsində Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.

Beləliklə, çimərliklərdən götürülən dəniz sularının fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri əvvəlki monitorinqin nəticələri ilə eyni olub. Analoji yoxlamaların 15 gündən bir olmaqla oktyabr ayının 1-dək davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə