Azərbaycan ABŞ üçün çox əhəmiyyətli ölkədir. Bunu Bakıda aeroportda ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycan hökuməti ilə birgə işin başlanmasını, Azərbaycan xalqı və ölkə ilə tanışlığı, vacib məsələlərin həll olunmasını səbirsizliklə gözləyirəm", - deyə səfir vurğulayıb.
"Bakıda olmağımdan və səlahiyyətlərimin icrasına başlamağımdan çox şadam. Biz burada regional sabitlik, demokratiya, Azərbaycanın çox güclü və çox şəffaf ölkəyə çevrilməsi, terrorçuluqla mübarizə kimi vacib məsələlər üzərində işləyəcəyik", - deyə Morninqstar əlavə edib.
Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB