Fazil Qəzənfərolğlu: "5-3 siyasi partiyanın blok, qurum yaratmaları mənasızdır" MÜSAHİBƏ
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ölümündən 12 il ötsə də, hər dəfə də onun zəhərlənməsi ilə bağlı fikirlər səslənib, iddialar ortaya qoyulub. Artıq, məsələ ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb və araşdırmalara başlanılıb. Təəccüblüdür ki, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin açılması onun silahdaşlarını daha ciddi narahat etməyə başlayıb. AXCP sədrinin keçmiş müavini, Əbülfəz Elçibəyin Türkiyə təmsilçisi olmuş BQP sədri, millət vəkili Fazil Mustafa məsələyə aydınlıq gətirib.
- Əvvəla, onu qeyd etmək istərdim ki, bu məsələ ilə bağlı hər hansı bir araşdırmanın hər hansı bir şəkildə əngəlləməsini doğru saymıram, yəni hər bir hadisə hüquqi cəhətdən aparılmalı və faktlara, sübutlara söykənməlidir və buna görə də, Baş Prokurorluq tərəfindən məsələnin araşdırılması hüququ cəhətdən doğrudur. Hər hansı müraciət olursa və ya iddia irəli sürülürsə, iddianın əsaslı olub-olmamasından asılı olmayaraq, hüquq-mühafizə orqanları bunu mütləq araşdırmalıdır. Ona görə də Baş Prokurorluğun hərəkətini hüquqi baxımdan doğru hesab edirəm. Buna görə prokurorluğun ünvanına ittihamlar yönəldilməsi düzgün deyil. Bir də hüquq-mühafizə orqanlarının apardığı hər hansı araşdırmalar, hətta bizim xoşumuza gələn və ya gəlməyən məsələlər istiqamətində təhqiqatın aparılmasına da təbii yanaşmaq lazımdır.
- Sizcə, cinayət işini siyasiləşdirməklə məsələni doğru olmayan yola yönəltmək məqsədi daşımır ki?
- Bilirsiniz, əgər Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı istintaq gedirsə, deməli, burada siyasətdən yox, cinayətdən söhbət gedir. Yəni, Ə.Elçibəyin ölümü ilə bağlı siyasətdən söhbət gedə bilməz. Çünki bu siyasi məsələ deyil ki, siyasiləşdirilsin. Amma sözügedən məsələdə kimin əlinin olub-olmamasından asılı olmayaraq, ciddi istintaq aparılmalıdır. Əgər Ə.Elçibəylə bağlı bu cür cinayət törədilibsə, instintaq onu qanunlar çərçivəsində üzə çıxarmalıdır. Aşkar olunan faktlara görə də hüquqi qiymət verilməlidir. Bir də hər hansı bir təmtzlikdən, dürüstlükldən söhbət edirsənsə, birinci özündən başlamalısan. Sən özün Azərbaycan cəmiyyətinə nə vermisən ki, hakimiyyətdən də nə istəyirsən? Axı, sən arzusunda olduğun ambisiyyalara layiq deyilsən. Bu gün hər kəs çalışır ki, öz rolunu qabartsın. Ancaq "haqq nazilər, üzülməz". Qaldı ki, mənim haqqımda deyilən böhtanlara, bunu mərhum Əbülfəz Elçibəyin yanında olan insanlar da yaxşı bilir ki, mən Türkiyədə nələr etmişəm və bu gün də nələr etdiymi açıqlamıram. Mən həmişə sözümə sadiq adamam və bunu dəfələrlə sübut da etmişəm. Bir faktı deyim ki, hələ o vaxt prezident səlahiyyətlərini icra edən İsa Qəmbərovun vaxtında mən prezident aparatına gəlmədim. Ə.Elçibəy prezident seçiləndən 20 gün sonra aparata getdim. Bununda səbəbi də mənim Ə.Elçibəyin komandasından olmağım idi. Eyni zamanda, o vaxt Ə.Elçibəyin müşaviri olmuşam. İndi bəzi əqidəsi, satqın insanlar var ki, özünə xas olan xüsusiyyətəri başqasının ünvanına yönəldirlər. Bu adamlar da, bədbəxt adamlardır. Mənim bu günkü fəaliyyətimlə bağlı hər hansı bir qaranqlıq məqam yoxdur. Başqasına xoş gəlsin deyə, mən bu cinahda durmaqla özümü dürüst, əqidəli adam kimi göstərə bilmərəm. Əslində, o nisanların nə əqidəsi var, nə də ... Bu adamlar anlamırlar ki, insanın öz potensialı yoxdursa, onun əlindən kim tutursa- tutsun, onu heç kimi uğurlu yerə gətirib çıxara bilməz. Görününr, dediyiniz adamlar bu həqiqəti həzm edə bilmədiyi kimi, dərk də edə bilmirlər.
Eyni zamanda, həmin adamlar yaxşı olardı ki, Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsi ilə bağlı fikir bildirsinlər. Çünki bu prosesdə şübhəsiz ən böyük rolu Xanım Xəlilova oynayıb. O, təkcə Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsində rol almayıb, deyərdim ki, bütün türk dünyasının zəhərlənməsində xüsusi rol oynayıb. Azərbaycan cəmiyyətində yalanın baş alıb getməsinə bəzən abrına qısılaraq, cavab vermirlər. Bu adam Azərbaycan, xalq hərəkatı, ümumiyyətlə türk dünyası və Türkiyə üçün problemə çevrilməyə başlayıb. Təsəvvür edin ki, Azərbaycan xalq hərəkatı kimi mübariz bir proses bu gün Xanım Xəlilovanın timsalında mənfi şəkildə təqdim olunur. Bu yalanları Türkiyədə beş-altı axmağı tapıb, ona demək mümkündür.
- Son vaxtlar bu məsələni bəzi müxalifət lideri, o cümlədən Əli Kərimli, İsa Qəmbər siyasiləşdirməyə çalışırlar. Sizcə, bu, öz əməllərini sığortalamaq məqsədi daşımır ki?
- Bilirsiniz, cinayəti siyasiləşdirmək yolverilməzdir. Ona görə də, hər bir hadisənin nəticəsini gözləmək lazımdır. Doğrudur, Ə.Elçibəyin ölümü ilə bağlı müxtəlif reaksiyalar var. Ona görə də, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Çünki Ə.Elçibəy adi vətəndaşlardan deyil. Yəni, müəyyən bir vaxt Ə.Elçibəy Azərbaycan dövlətinə başçılıq etmiş bir şəxs olub. Ona görə, kimin narahat olub-olmamasından asılı olmayaraq, bu məsələ ilə bağlı ciddi istintaq aparılmalıdır.
- Fazil bəy, müxalifət bu günlərdə "16-lar" adlı yeni blok yaradıb. Sizcə bu blokun perespektivini necə görürüsünüz?
- Ümumiyyətlə, bu bloklara ağıllı bir variant kimi baxmıram. Çünki prezident seçkisində bunun əhəmiyyəti yoxdur. Prezident seçiləndə konkret namizədlər seçilirlər, üçüncü bir namizəd varsa, o qalib gəlməsi üçün hazırlanmalıdır. Yoxsa, 5-3 siyasi partiyaların blok, qurum və daha nə bilim nələr yaratmaları mənasızdır. Əgər hər hansı siyasi partiyanın layiqli namizədi varsa, qoy öz namizədini hazırlasın. Çünki "16-lar" ABŞ-ın Azərbaycandakı səfirliyinin bir layihəsidir. Ona görə də, istər indiki, istərsə də bundan sonra yaranan blok və qurumların perespektivi yoxdur.
- Əli Kərimov bildirir ki, "İctimai Palata"da "vahid namizəd" çıxış etmir, ancaq müxalifət mətbuatında bir çox vədlər verir. Sizcə, bu ziddiyyətli fikirlər nədən irəli gəlir?
-Bilirsiniz, siyasətdə sabiq vəziyyət gözləmək düzgün deyil. Ola bilsin ki, müəyyən niyyətləri var, ancaq prezident seçkilərində iştirak etmir. Ancaq meydana aktiv girmək lazımdır, manevr etmək düzgün deyil. Guya düşüşnüb, nə əldə edəcəksiniz? Əgər gücünüz, dəstəyiniz varsa, gedin seçkiyə. Belə danışanların nə gücləri var, nə də dəstəyi, ona görə də gah nala vururlar, gah da mıxa.
- Sizcə, İsa Qəmbərov Əli Kərimova "vahid namizəd" məsələsində güzəştə gedə biləcəkmi?
- Açığı deyim ki, hər ikisi bir-birinə güzəştə getsə də, getməsə də bu gəmiyyət həyatında yeni bir şey dəyişməyəcək. Çünki bu günkü möhkəm təməli olan hakimiyyətə qarşı hər hansı öazası olmayan bir qurumun güc göstərməsi mümkünsüzdür. Artıq onların pas atmış köhnə formatlarının vaxtı ötübdür. Bir də, bu gün AXCP partiya deyil, o bir dərnəkdir, "Azadlıq" qəzetinin bir şöbəsidir. Çünki AXCP-nin tarixində çox qaranlıq məqamlar var. Parçalana-parçalana gedən AXCP-nin bu gün nəyi var ki? Ümumiyyətlə, müxalifət düşərgəsində partiyalara rəhbərlik edən liderlərin bir-birini gözü götürməmələri onların ən böyük xəstəliklərindən biridir. Demək olar ki, heç vaxt müxalifət partiya sədrləri bir-birinə güzəştə getməyib və gedən də deyil. Bu da onların siyasi intiharlarını şərtləndirən əsas amillərdəndir.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB