Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun (AzGF) elan etdiyi qrant müsabiqəsində qalib olmuş "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" adlı layihəsinin icrasına başlanıb. ATGTİ-dən SİA-ya verilən məlumat görə, AzGF-nun maliyyə dəstəyi ilə 6-12 sentyabr 2012-ci il tarixində Nabran qəsəbəsində həyata keçiriləcək layihədə paytaxtın və ölkəmizin regionlarının bütün ali və orta ixtisas təhsili müəssisələrinin TGT sədrləri, təxminən 90-a yaxın sədr iştirak edəcək.
"Liderlik məktəbi"nin keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərdə vahid struktur modelinin yaradılması və standart üzvləşmə sisteminin tətbiqinin işlənib hazırlanmasıdır. Bunula yanaşı TGT sədrlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, hazırlıq səviyyələrinin yüksəldilməsidir. Eyni zamanda ölkənin təhsil müəssisələrinin tələbələri, TGT-lər və bilavasitə onların sədrləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, zəngin proqrama malik olan layihə çərçivəsində iştirakçı TGT sədrləri üçün AzGF-ın geniş təqdimatı keçirilərək, fondun fəaliyyət qaydaları (prinsipləri) açıqlanacaq və TGT-lərin layihələrinin maliyyələşdirilməsi proseduru, onların fonda müraciətləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB