Bu gün Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" layihəsi çərçivəsində Abşeron rayon Mədəniyyət evində seminar həyata keçirib. QHT Formundan SİA-ya verilən məlumata görə, Abşeron rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Hafiz Mikayılov iştirakçılara tədbirin mahiyyəti haqqında məlumat verdi.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni layihə haqqında qonaqları ətraflı məlumatlandırıb. O qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların hüquqlarını təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaq. Layihə çərçivəsində görülən işlər Bakı şəhəri və 11 rayonu, Abşeron, Sumqayıt və Mingəçevir şəhəri üzrə həyata keçiriləcək.
Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə, dövlət idarələrində, mənzil-kommunal xidməti müəssisələrində, bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev bu sahədə dövlət siyasətinin istiqamətləri və prioritetləri haqqında qısa məlumat verib və vətəndaş cəmiyyəti institutları, QHT-lərin fəaliyyətini dəstəklədiklərini nəzərə çatdırıb. Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayət və təklifləri də dinlənilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Milli QHT Forumu tərəfindən il ərzində həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB