Bu gün avtobus dayanacaqları fərdi minik avtomobilləri və lisenziyasız fəaliyyət gösərən taksilər tərəfindən zəbt olunub. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov SİA-ya açıqlamasında deyib ki, bununla əlaqədar şəhərdə fəaliyyət göstərən taksilər üçün yeni taksi meydançaları yaradılır. Onun sözlərinə görə, 134 yerdə yaradılması nəzərdə tutulan dayanacaqların 65-i artıq istifadəyə verilib, pasportlaşdırma prosesi gedir.
"Bəzi insanlar icazə olmayan yerlərdə maşınlarını saxlayır, evakuator aparanda isə haqsız olduqlarını deyirlər. amma şəhərdə hər maşının saxlanılması üçün xüsusi yerlər olmalıdır. Gələcəkdə hər mərkəzi hissədə 100-dən artıq yerdə dayanacaqlar tikiləcək. Nazirlik tərəfindən əvvəllər olan dayanacaqların dislokasiyası, xəritəsi hazırlanıb. Artıq biz bilirik ki, harada belə dayanacaqlar var. Bu xəritələri də sürücülərə paylamaq istəyirik ki, onlar harada və necə dayanmaq olmağı bilsinlər", - deyə N.Həsənov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB