Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda keçirilən beynəlxalq seminarın yekun sənədi qəbul olunub. SİA-nın xəbərinə görə, tədbir TÜRKSOY, İSESCO və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə baş tutub. Seminarın yekunu olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanı təmsil edən media nümayəndələrinə tövsiyələr qəbul edilib.
Yekun sənəddə bir sıra məsələlər öz əksini tapıb. Bunlara iştirakçı ölkələrin media orqanlarına müxtəlifliyə hörmət və düşüncə azadlığının təmin edilməsi məqsədilə media və qeyri-hökumət təşkilatlarının mədəniyyətərarası dialoqu və qarşılıqlı anlaşmanı dəstəkləməsi, iştirakçı ölkələrdəki səlahiyyətli orqanın köməyi ilə ənənəvi informasiya vasitələrinin yanmda kompüter dəstəkli ünsiyyətin, dialoq, vətəndaşlıq şüuru və islam mədəniyyətinə mənsub olmanın verdiyi qürurun inkişaf etdirilməsi daxildir. Bundan əlavə, sənəddə Twitter, Facebook, Youtube kimi yeni media vasitələri ilə zorakılıq və ayrı-seçkiliyin yayılmasını önləmək baxımından üzv ölkələrdəki uşaq və gənclərin təhsilində qarşılıqlı dialoq və fərqliliklərə hörmət anlayışına üstünlük verilməsi tövsiyə olunub.
Sənədə görə, dialoq, qarşılıqlı anlayış, xoş məram və birgə yaşam kimi dəyərlərin cəmiyyətdə bərqərar olması üçün ünsiyyət, mədəniyyət, turizm və idman forumlarının təşkilini təmin etmək məqsədilə ISESCO-dan iştirakçı ölkələrdəki rəsmi və özəl media qurumları ilə yanaşı, QHT-lərə də dəstək olması tələb edilir. Həmçinin, fərqli topluluqlara neqativ münasibətlərə qarşı ictimaiyyətdə və siyasi mühitdə müsbət bir yanaşmanın sərgilənməsini təmin etmək məqsədilə TÜRKSOY-dan iştirakçı ölkələrdəki media qurum və mütəxəssisləri üçün faydalı olacaq mədəniyyətlərarası yığıncaq və simpoziumların təşkili tələb edilir.
Seminarın yekun sənədində mədəniyyətlərarası dialoq sahəsində fikir və təcrübə mübadiləsini dəstəkləmək məqsədilə media mütəxəssislərindən ibarət şəbəkənin yaradılması və müxtəlif xalqlar arasında mədəniyyətlər, dinlər və etnik qruplararası ittifaq və birliklərin dəstəklənməsi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB