İtkin dələduz

Hindistanın Kerala Əyalətində yaşayan 33 yaşlı Şehnaz adlı qadının kəbinlə evləndiyi 50 kişini aldatdığı məlum olub. SİA-nın "Daily Mail" qəzetinə istinadən verdiyi xəbərə görə, ilk evliliyini 11 il əvvəl edən və bu evlilikdən bir uşağı olan dələduz qadın kişiləri özünə aşiq edib. Daha sonra dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün kişilərdən pul istəyib. Pulu aldıqdan sonra da itkin düşüb.

Zərər çəkmişlərin sayının artacağını istisana etməyən polis: "Kişilər utandıqları üçün şikayətçi olmur. Bu rəqəm önümüzdəki günlərdə arta bilər" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə