Bu gün mədəniyyətlərarası dialoqun inkişafı bütün dünyada çox önəmli bir məsələdir. SİA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva deyib ki, lakin bugün mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində vəziyyət mənfiyə doğru gedir. Onun sözlərinə görə, çox təəssüf ki, dünyanın bəzi bölgələrində mədəniyyətlər və sivilizasiyalararası dialoq daha da gərginləşir və pisləşir. Q.Paşayeva qeyd edib ki, həyata keçirilən bəzi yalnış addımlar bu prosesi daha da təhdidlər altına qoyur.
"Bu zaman ortaya belə bir sual çıxır. Həmin istiqamətdə müxtəlif konfranslar, seminarlar keçirilsə də niyə vəziyyət gərginliyə doğru gedir? Burada müəyyən səbəblər var ki, bunlardan da biri dünyanın bir çox ölkələrində bu məsələr səmimi yanaşılmamasındadır. Mədəniyyət və sivilizasiyalararası dialoqda mətbuat həm müsbət, həm də mənfi mənada çox böyük rol oynaya bilər. Amma çox təəssüf ki, bəzi mətbuat dünyanın bəzi yerlərində mənfi rol oynamağa daha çox meyl edirlər. Buna görə də mədəniyyətlər və sivilizasiyalararası dialoqla bağlı məsələlərdə bəzi dəyişikliklər etmək, mətbuat bu sahədəki rolunu daha da artırmaq lazımdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB