Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adı çəkilən şirkət tərəfindən təşkil olunmuş "Dənizçilik Yay Təcrübəsi" layihəsində təcrübə keçmək üçün "Neftqazelmitədqiqatlayihə" İnstitutununa tələbələr göndərilib. Fərəcli İbrahim və İbrahimova Mehriban şirkətdə bir ay müddətində, Mirzəzadə İsa və Mehdiyeva Könül isə iki ay müddətində təcrübə keçiblər. Yeni kadrlar təcrübəni müvəffəqiyyətlə başa vurduqdan sonra şirkətdə vakant yerlərə işə qəbul olunub. Hazırda Mirzəzadə İsa Birgə işlənilən yataqlar üzrə layihə şöbəsində iqtisadçı vəzifəsinə, Mehdiyeva Könül isə Marketinq xidməti şöbəsində mühəndis vəzifəsində çalışırlar.
Könül xanım təcrübə zamanı şirkətin ehtiyacı olan avadanlıqların alınması, xarici şirkətlərlə yeni əlaqələrin qurulması, tender və yeni layihələrdə iştirak etmək barəsində məlumat aldığını bildirib. "Biz də təcrübə zamanı SOKAR-ın işçiləri kimi daimi olara qiki ay müddətində davamlı iş prosesində iştirak etdik. Bizimlə şirkət tərəfindən müddətli əmək müqaviləsi imzalanıb, digər işçilər kimi sığorta olunmuşuq"-deyə o əlavə edib.
Daha sonra gənc iqtisadçı Mirzəzadə İsa ötən il də bu layihədə iştirak etdiyini, bu ilə isə təcrübəsini daha da artırdığını qeyd edib: "Layihədə iştirak etməklə universitetdə aldığımız nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı qazanmışıq. Təcrübə uğurlu keçib, qısa zamanda işimizə adaptasiya olduq".
Təcrübə rəhbərləri Birgə işlənilən yataqlar üzrə layihə şöbəsinin rəisi Tağıyev Müşviq və Marketinq xidməti şöbəsinin rəisi Vaqif Mikayılov tələbələrin təcrübəyə kifayət qədər savadlı müraciət etdiklərini bildirib. Onların sözlərinə görə, təcrübə müddətində də gənc kadrlar şzmlə çalışıb, müsbət nəticələr əldə ediblər.
Qeyd edək ki, Mirzəzadə İsa Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika , Mehdiyeva Könül isə Bakı Dövlət Universitetinin iqtisadi kibernetika fakültəsinin məzunlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB