ASAİF dünya universitetləri üzrə koordinatorluq üçün müsabiqə elan edir.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) dünya universitetləri üzrə koordinatorluq üçün müsabiqə elan edir. ASAİF-dən SİA-ya verilən məlumata görə, universitet koordinatorları 1 il, şəhər və ölkə üzrə koordinatorlar isə 6 aylıq müddət üçün müəyyən olunur. Dünya universitetləri üzrə koordinatorlar müəyyən olunduqdan sonra şəhər və ölkə üzrə koordinatorlar mərhələli olaraq seçilmiş həmin nümayəndələr tərəfindən təyin olunacaqlar.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək üçün 5 sentyabr saat 18.00-dan gec olmayaraq tələb olunan sənədləri [email protected] elektron ünvanına göndərin.
Qeyd edək ki, müsabiqədə hazırda xaricdə təhsil alan gənclər iştirak edə bilərlər.
Tələb olunan sənədlər:
CV (şəkillə birgə)
300 söz limitini keçməyən motivasiya məktubu (Siz ASAIF-in universitet koordinatoru olaraq təhsil aldığınız ölkədə hansı fəaliyyətləri həyata keçirməyi düşünürsünüz?)
Sizin fəaliyyətinizə müsbət rəy verəcək şəxs (ad/soyad, vəzifə və əlaqə vasitələri)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB