Qazaxıstan-Azərbaycan əlaqələrinin 20 illiyi

Qazaxıstan-Azərbaycan əlaqələrinin 20 illiyi

Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, həmçinin, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Serik Primbetov Qazaxıstanın daxili və xarici siyasətinin prioritetlərindən danışacaq. Bundan əlavə, səfir Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırki vəziyyəti, hər iki tərəfin iştirakı ilə keçiriləcək mühüm tədbirlər barədə məlumat verəcək, KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə