"Nar Mobile" Kommunikasiya tərəfdaşı olduğu, London Olimpiya Oyunlarında iştirak edən Milli Olimpiya yığmamızın qalibləri ilə görüş təşkil edərək onları təbrik edib! "Nar Mobile"-dan SİA-ya verilən məlumata görə, "Nar Mobile" rəhbərliyi London Olimpiya Oyunlarında iştirak edən Milli Olimpiya yığmamızın qaliblərini təbrik etmək üçün, onları "Nar Mobile"-ın yeni ofisində qəbul edib. Xüsusi təşkil olunan tədbirdə "Nar Mobile" əməkdaşları, Olimpiya qalibləri, və onların məşqçiləri, Milli Olimpiya Komitəsinin nümayəndələri ilə yanaşı, media nümayəndələri də iştirak edib.
Tədbir zamanı qalibləri təbrik edən "Nar Mobile"-ın baş direktoru Yurgen Pitz, Azərbaycanın Olimpiya Oyunlarında qazandığı uğurların əhəmiyyətindən danışaraq, ölkəmizin bütün dünyada tanınması yolunda daha bir möhtəşəm addımın atıldığını vurğulamış və idmançılarımızın bu prosesdə xüsusi töhfəsinin olduğunu alqışlayıb: "Bu gün bizlər üçün çox xoş və dəyərli bir gündür. Biz, "Nar Mobile"-ın yeni baş ofisində ilk olaraq Olimpiya qaliblərini qəbul etməkdən çox məmnunuq. Mən şirkətimiz adından qalibləri təbrik edirəm. İdmançılar ölkə tarixində növbəti şərəfli tarix yazıblar - bu dəfə 10 medal ilə olimpiyanı bitiriblər. Azərbaycan himninin səsləndirilməsi, bayrağının dalğalanması bütün Azərbaycan vətəndaşlarında və bu ölkəyə azərkeşlik edən insanlarda iftixar hissi yaradıb. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir! "Nar Mobile" da öz növbəsində Milli Olimpiya Yığmasının rəsmi Tərəfdaşı olaraq, idmançılarımızın uğurlarına sevinir və onlara növbəti 2014-cü ildə Soçidə keçiriləcək XXII qış Olimpiya oyunlarında uğurlar diləyərək yeni qələbələr arzulayır".
İdmançılar öz növbələrində, ölkə rəhbərliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan xalqına və "Nar Mobile"-a minnətdarlığını bildiriblər: "Qazanılan hər qələbə hər bir Azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. Biz olimpiadada iştirak etdiyimiz zaman vətənimizdən çox böyük dəstək olduğunu hiss edirdik. Ölkə rəhbərliyindən tutmuş adi vətəndaşımıza kimi dəstək var. Bizə dəstək olanlardan biri də məhz "Nar Mobile" şirkəti oldu. Azərbaycan ilə əlaqə saxlayırdıq və motivasiya əldə edirdik və bu bizi daha da ruhlandırırdı. Buna görə, "Nar Mobile" öz dərin minnətdarlığımızı bildiririk" - deyə olimpiyaçılar söyləyib.
Görüşün sonunda idmançılarımız "Nar Mobile"-ın əməkdaşları ilə görüşərək, onlarla Olimpiya Oyunları zamanı keçirdikləri hissləri bölüşübər. İdmançılarımıza xüsusi illik balans olan nömrələr də daxil olmaqla, dəyərli hədiyyələr təqdim olunub.
"Nar Mobile" Olimpiadada iştirak edən bütün idmançılarımızı və onların məşqçilərini təbrik edir və olimpiaçılarmıza dəstək olmağa hazır olduğunu bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB