Yeni layihənin icrasına start verildi

Yeni layihənin icrasına start verildi

"Azərbaycan İnkişaf Mərkəzi "İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qaçqın və məcburi köçkün gənclər üçün insan haqları və sülh quruculuğu" layihəsinin hazırlıq mərhələsinə start verib. SİA-nın məlumatına görə, artıq bununla bağlı layihə çərçivəsində həyata keçiriləcək tədbirlərin planı hazırlanıb. Qaçqın və məcburi köçkünlərin yaşadıqları ərazilər üzrə bölgülər aparılıb. Həmçinin layihədə iştirak edəcək gənclərin seçim turlarına start verilib.

Qeyd edək ki, "Azərbaycan İnkişaf Mərkəzi " İctimai Birliyi gənclərin inkişafı, bilik və bacarıqlarının artırılması istiqamətində sosial layihələr həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə