Türkel TV-nin rəhbəri istefa verdi

Türkel TV-nin rəhbəri istefa verdi

Tovuz rayonunda yerləşən Türkel TV-də rəhbər dəyişikliyi olub. Xatırladaq ki, ötən il noyabr ayında tanınmış telejurnalist Ceyhun Əsgərov bu televiziyaya baş direktor təyin olunmuşdu. Ceyhun Əsgərovun SİA-ya verdiyi məlumata görə, o, bu vəzifədən öz istəyi ilə uzaqlaşıb. Ceyhun Əsgərov həmçinin onu da əlavə edib ki, o fəaliyyətini mətbuat sahəsində davam etdirəcək. Yalnız yeni təyinatı ilə bağlı heç bir açıqlama vermək istəməyib.

Qeyd edək ki, bu vəzifəyə Şəkinin "Kanal S" telekanalının direktor müavini Kənan Musayev təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə