Qalmaqallı həyatı ilə jurnalistikada iz qoyan, erməni təbliğatının istinad nöqtəsi kimi istifadə edilmiş, Xocalı sakinlərini yazılarında təhqir etdiyi üçün həbsxanaya salınmış, həbsxanadan çıxdıqdan sonra özünü hüquq müdafiəçisi kimi təqdim etməyə çalışan Eynulla Fətullayevin ailəsində ciddi problemlər yaşanmaqdadır. Xəbəri publika.az saytı yayıb.
Məlumatda deyilir ki, ötən ilin sentyabr ayında "Monte Kristo" şadlıq sarayında toy edib, ailə quran E.Fətullayev artıq həyat yoldaşından boşanıb. Daha dəqiqi, ixtisasca həkim olan həyat yoldaşı onu tərk edib. Mənbə bunu münasibətlərin az müddət ərzində həddən ziyadə kəskinləşməsi ilə izah edir.
Qeyd edək ki, bu, E.Fətullayevin ikinci evliliyi idi. Birinci dəfə o, hakimiyyətdə yüksək vəzifə tutan keçmiş məmurlardan birinin qeyri-rəsmi həyat yoldaşı ilə ailə qurmuşdu...
1976-cı ildə Bakıda anadan olan E.Fətullayev 2005-ci ildə "Realnı Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərini təsis edib. O, 2007-ci ildən 2011-ci il mayın 26-dək həbsdə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB