Süleyman Dəmirəlin vəziyyəti ağırlaşıb

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin vəziyyəti pisləşib. SİA-nın Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, eks-prezident Ankara xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Dəmirəlin səhhətinin yaxşı olmadığını bildiriblər.

Xatırladaq ki, Süleyman Dəmirəl 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə