Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" adlı layihə həyata keçirir. Qurumdan SİA-ya verilən məlumata görə, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək verməkdir. Həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihə çərçivəsində Bakı şəhərinin 11 rayonunun İcra Hakimiyyətində seminarlar keçiriləcək.

Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...