Bu gün səhər saatlarında Şamaxı rayonunun dağlarında güclü yanğın olub. SİA-nın xəbərinə görə, saat 11:00 radələrində Ağsu dağlarında başlayan yanğın tədricən genişlənərək Şamaxı ərazisinə keçib. Şamaxının Çərkəz və Adnalı kəndlərinin şimalındakı dağlıq ərazidə baş verən yanğının söndürülməsinə Şamaxı, Ağsu və İsmayıllı rayon yanğından mühafizə hissələrinin maşınları və 100-dən çox əməkdaşı cəlb edilib.
Yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yarandığından hadisə yerinə aviasiya dəstəsinin 2 helikopteri də cəlb edilib. İki ayrı-ayrı ərazidə baş verən yanğınla mübarizə axşam saat 21:30-adək davam edib. Yanğın dağlıq ərazidə baş verdiyindən alovun qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib. Yanğınsöndürənlər çətinliklə də olsa yanğının qarşısını alıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB