Özünüzü qoruyun Hidrometeroloqlar xəbərdarlıq edir

Bakıda və Abşeron Yarmadasında hava şəraiti yağmursuz keçəcək, mülayim cənub küləklərinin üstünlüyü müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə saatlarında 20-24 dərəcə isti, günorta saatlarında isə 29-34 dərəcə isti təşkil edəcək. Eləcə də bölgələrdə yaxın 3-4 gün ərzində əsasən yağmursuz keçəcək, lakin 28-i axşam və 29-u bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı ehtimal olunur. Hidrometeroloqlar avqust ayının sonuna kimi ölkə ərazisində dəyişkən buludlu hava şəraitinin hökm sürəcəyini proqnozlaşdırır. Yağmursuz hava şəraiti paytaxtla yanaşı bölgələrdə də bu ayın sonuna kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə