Oktyabrın 31- dən noyabrın 2-dək Özbəkistanda "İpək yolunda turizm" adlı XVIII Beynəlxalq Daşkənd turizm sərgisi açılacaq. SİA-nın xəbərinə görə, sərgi Özbəkistanın "Uzbekturizm" milli şirkəti və bu şirkətin nəzdində fəaliyyət göstərən "Böyük İpək Yolu" reklam agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

Sərginin məqsədi müxtəlif növ turizm xidmətləri göstərən şirkətlər arasında əlaqələri inkişaf etdirməkdir. Sərgidə iştirak etmək istəyən Azərbaycan turizm şirkətlərinin təmsilçiləri tədbirin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...