Buludlu, amma yağmursuz

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, temperatur gecə 20-25, gündüz 29-34 dərərcə isti olacaq.
\r\n Bakıda gecə 23-25, gündüz 30-32 dərərcə isti olacağı gözlənilir.
\r\n Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərərcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə