Millət Vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Rəşid Behbudov adına Mahnı Teatrında Respublikanın Əməkdar Artisti Tünzalə Ağayevanın "Bir dünya istəyirəm" adlı xeyriyyə konserti keçiriləcək. Konsert proqramı tasavvuf musiqisindən ibarət olacaq. SİA-nın məlumatnı görə, konsertin məqsədi insanlarımızı Güney Azərbaycanda baş vermiş zəlzələdən zərər çəkmiş bacı-qardaşlarımız üçün yardıma çağırmaqdır. Konsert zamanı heç bir yardım vəsaiti toplanmayacaq sadəcə tamaşaçılar yardım vəsaitlərinin köçürülməsi üçün tədbirdə Qızıl Aypara Cəmiyyətinin hesab nömrələrini görə biləcəklər.
Qeyd edək ki, xeyriyyə konserti avqustun 27-si saat 19.00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB