İranın yeni səfiri kim olacaq?

İranın Azərbaycandakı yeni səfirinin kimliyi məlum olub. Diplomatik missiyanın yeni başçısı Möhsin Pakayin ola bilər. SİA-nın verdiyi məlumata görə, bunu trend-ə İrandakı diplomatik mənbədən bildiriblər.

Yeni səfir iyun ayında missiyası başa çatmış Məhəmmədbaqir Bəhramini əvəz edəcək.

Bundan başqa, məlumata əsasən, Davud Çərmi İranın Azərbaycandakı səfirliyində səfirini müavini və müvəqqəti işlər üzrə vəkil kimi öz işinə başlayıb.

O, keçmiş müvəqqəti işlər üzrə vəkil Seyid Əli Musəvini əvəz edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə