Mübahisə ölümlə nəticələndi

Bərdənin Ərəblər kəndində iki yaxın qohum arasında düşən mübahisə sonda qan salıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mal-qara üçün nəzərdə tutulmuş otlaq sahəsini bölüşə bilməyən əmioğlanları dalaşaraq biri digərinə ağır bədən xəsarəti yetirib. Belə ki, kənd sakini Rəsul Əmirov əmisi oğlu 42 yaşlı Elxan Allahverdiyevin başına və bədəninin müxtəlif yerlərinə torpaq qazan bellə öldürücü zərbələr vurub.

Ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır. Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində olan yaralının yenidən sağalması üçün həkimlər lazımi tədbirlər aparır.

Qeyd edək ki, hadisə ilə bağlı Bərdə rayon Polis Şöbəsininin istintaq qrupunda araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə