Hazırda Azərbaycan vətəndaşlarının İranda qalma müddəti 15 gündür, lakin bu müddət 90 günə qədər artırıla bilər. Bunu Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçı deyib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı bir neçə təklif var.
"Biz bu təklifləri araşdırırq. Məsələ diqqət mərkəzindədir. İranın müxtəlif strukturları ilə razılaşdırılmalı olan məsələlər var. Onlar fikir bildirdikdən sonra bu müddət artırıla bilər", - deyə Əraqçı qeyd edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunur. Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB