"Ölkədə un məhsullarında müşahidə edilən qiymət artımı dünya bazarında ərzaq buğdasında gedən qiymət artımının nəticəsidir". Bu fikirləri SİA- nın bölgə müxbirinə, Tovuz rayonunda səfərdə olan İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib. Onun sözlərinə görə, unun qiymətinin qalxması çörəyin qiymətinə təsir etməyəcək: "Dövlət Xidməti mütəmadi olaraq monitorinqlər aparır və əldə olunan nəticələr təhlil edilir. Onu deyə bilərəm ki, un məhsullarında qiymət artımı çörəyin artımına səbəb olmayıb. Əgər bu baş versə və suni qiymət artımı çörək məhsullarında da müşahidə edilsə Dövləti Xidməti öz vəzifələrindən istifadə edərək vəziyyətə müdaxilə edəcək" - deyə Zahid İsayev əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB