“Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” FOTO

“Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” FOTO

Tovuz rayonunda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda müşavirə keçirilib. SİA- nın bölgə müxbirinin məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidmətinin rəsmiləri tərəfindən təşkil olunan tədbirdə bir sıra məsələlər müzakirə olunub. Tədbir iştirakçıları bildirib ki, ölkəmizdə iqtisadiyyat davamlı inkişaf edir və əhalinin rifah halı yaxşılaşır. Bütün bunların nəticəsi kimi isə vətəndaşların təlabatlarının daha dolğun ödənilməsi məsələsi gündəmə gəlir.

Aparılan yoxlamalar göstərib ki, hələ də bazarda istehlakçıların aldadılması prosesi qeydə alınır. Lakin inzibati tədbirlərlə problemin həllinə nail olmaq mümkün deyil. İstehlak bazarında keyfiyyətsiz mal və xidmətlərdən qorunmaq üçün əhali təbəqəsi də ayıq olmalıdır. Rəsmi statistikaya görə, cari ilin müvafiq dövrü ərzində 1200 obyektdə dövlət yoxlaması həyata keçirilib. Nəticədə 51 tondan artıq istifadəyə yararsız məhsullar dövriyyədən çıxarılıb. Qanun pozuntularına yol verən sahibkarlar 180 min manat dəyərində cərimə edilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə