Bakıda güclü yanğın

Bu gün günorta saatlarında Bakının Xətai rayonu Keşlə stansiyası ərazisində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yanğın Keşlə dəmiryolu stansiyasında mazutlu sahədə başlayıb.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və xeyli yanğınsöndürən əməkdaş cəlb edilib. Yanğın nəticəsində xəsarət alanlar bərədə hələ ki, məlumat yoxdur. Hazırda yanğının söndürülməsinə çalışılır.

Bütün xəbərlər Facebook səhifəmizdə